"Xaricdə təhsil alan gənclərimiz ölkəmizin adından orada təhsil alır, savad qazanır və vətənə qayıdaraq onun inkişafı üçün böyük işlər görürlər".
AzEdu.az xəbər verir ki, bu sözləri “Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbirdə çıxışı zamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə qeyd edib.
"Bilirik ki, həm Azərbaycan insanlarının rifahı, həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafı baxımından gənclərimiz faydalı insan resursuna çevrilir və vətənimizin inkişafına dəstək verirlər.
Ümumiyyətlə götürdükdə, son illərdə Azərbaycan hökuməti hər zaman insan kapitalının və insan resurslarının inkişafına çox böyük dəyər və önəm verir. Elə bizim böyük zəfərimizdə, böyük qələbəmizdə də bunun rolu danılmazdır.
Çünki insan resursumuz güclü oldu, həm orduda, həm iqtisadiyyatda, həm də dövlətlərarası münasibətlərdə bu güc özünü göstərdi və biz öz zəfərimizi əldə edə bildik".