Azedu.az

Xaricdə təhsil üzrə Dövlət Proqramında yenilik: proses sadələşdirilib

Xaricdə təhsil

23 Aprel 2026, 12:53
Xaricdə təhsil üzrə Dövlət Proqramında yenilik: proses sadələşdirilib

Dövlət Proqramı iştirakçıları üçün məzun hesabatının təqdim edilməsi prosesi sadələşdirilib.

AzEdu.az xəbər verir ki, portal.edu.az platformasında həyata keçirilmiş son yenilik nəticəsində Dövlət Proqramı iştirakçıları üçün məzun hesabatlarının təqdim edilməsi prosesi sadələşdirilib. Artıq proqram iştirakçıları məzun hesabatlarını birbaşa şəxsi kabinetləri vasitəsilə onlayn şəkildə təqdim edə biləcəklər.

Tətbiq edilən bu yenilik hesabatların təqdim olunması prosesinin daha operativ və məzun yönümlü şəkildə həyata keçirilməsinə imkan yaradır. İştirakçılar şəxsi kabinetə daxil olaraq yalnız hesabatlarını təqdim etməklə kifayətlənməyəcək, eyni zamanda təhsil müddətində əldə etdikləri akademik və qeyri-akademik nailiyyətləri də ətraflı şəkildə sistem üzərindən qeyd edə biləcəklər.

Yaradılmış bu imkan məzun məlumatlarının daha sistemli şəkildə toplanmasına və təqdim edilməsinə şərait yaradır.

Təlimatla tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz. 

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox