https://www.zirve.edu.az/
16.07.2020 10:26
AzMİU-nun Elmi Şurasının son onlayn iclası keçirilib
Çap et

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının 2019-2020-ci tədris ilində son iclası keçirilib. Online formatda keçirilən iclasda Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayaraq gündəlikdə duran məsələlərə keçməzdən əvvəl son günlər Azərbaycanın sərhədlərində, Tovuz rayonunun Ağdam kəndi istiqamətində yaranan gərgin vəziyyətdən danışıb. Rektor müzəffər Ordumuzun riyakar erməni hərbçilərinin işğalçı niyyətlərinə verdiyi uğurlu cavabları, qəhrəman əsgərlərimizin şücaətini xüsusi vurğulayıb, döyüşlərdə hərbçilərimizin və mülki vətəndaşımızın həlak olduğunu təəssüf hissi ilə qeyd edib. Elmi Şura üzvləri şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.


AzEdu.az xəbər verir ki, G.Məmmədovanın geniş nitqindən sonra Tədris işləri üzrə prorektor Akif Qasımov “Yay imtahan sessiyasının nəticələri, buraxılış işləri, dövlət imtahanları və magistr dissertasiyalarının müdafiəsi” adlı məruzə ilə çıxış edib. A.Qasımov mövcud şəraitlə əlaqədar olaraq ölkənin bütün ali təhsil müəssisələrində olduğu kimi, AzMİU-da da distant təhsil formasına keçidin uğurla qurulduğunu, ilk dəfə olsa da, imtahan sessiyasının online formada keçirilməsində ciddi problemlərin yaranmadığını bildirib. Prorektor yay imtahan sessiyasının, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsinin nəticələri ilə bağlı rəqəmləri Şura üzvlərinin diqqətinə çatdırıb.

 

AzMİU-da magistratura səviyyəsində tədrisin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edən Magistratura Mərkəzinin müdiri Rövşən Səmədov ilk növbədə magistr proqramlarının beynəlxalq standartlara uyğun olmadığına diqqət çəkib və problemin həlli üçün təkliflər səsləndirib.

 

Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova “Tələbələrin elmi fəaliyyətə cəlb olunmasıvə startapların dəstəklənməsi istiqamətində aparılan işlər və vəzifələr” adlı məruzə ilə çıxış edib, Şura üzvlərini bu istiqamətdə görülən işlər, startapçı tələbələrimizin maraqlı layihələri barədə məlumatlandırıb, bu işin gənclər arasında genişləndirilməsi üçün qarşıda duran hədəflərdən danışıb.

 

İclasda növbəti tədris ilində qarşıda duran vəzifələr, şəraitə uyğun olaraq tədrisin müasir çağırışlara uyğunlaşdırılması və s. məsələlər müzakirə edilib. Elmi Şura cari məsələrin müzakirəsi ilə yekunlaşıb. — İsrafil Məmmədov ve 7 diğer kişi ile birlikte.