Azedu.az

İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

Məktəblər

Təhsil Nazirliyi

14 İyul 2020, 11:03
İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

 

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox