Azedu.az

Bakıda “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı açıqlandı

Orta təhsil

16 İyun 2020, 11:37
Bakıda “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı açıqlandı

Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə,  məktəblərdən 58-i İdarənin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat, 2-si idman məktəbidir.

 

Hazırda layihə üzrə 300 əməkdaş fəaliyyət göstərir.

 

Bundan başqa, idarənin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb. Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

 

İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!
Son xəbərlərDaha çox