Azedu.az

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları müzakirə olunub

Peşə təhsili-faydalı məlumat və xəbərlər

10 İyun 2020, 10:55
Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları müzakirə olunub

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” mövzusunda vebinar təşkil edilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, təhsil standartları və tədris resursları, peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbələri və peşə təhsili müəssisələrinin nümayəndələrinin iştirak etdiyi vebinarda təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası əsasında yekun qiymətləndirilmənin və sənədləşmənin aparılması müzakirə edilib. Həmçinin peşə təhsili müəssisələri tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox