Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 15:50:00
UNEC tələbəsi birinci yerə layiq görüldü

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, gənc muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü və təşkilatçılğı ilə 2007-ci ildən etibarən hər il keçirilən “Tələbə baharı” XIII Ümumrespublika tələbə yaradıcılığı festivalında Muğam musiqi nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, qalib Gənclər və İdman Naziri Azad Rəhimovun imzası ilə olan diplom və hədiyyələrlə təltif olunub.

 

29 may 2020-cu il tarixdə Festivalın Qala konserti myuzikl formatında keçirilib. Layihə televiziya variantında hazırlanaraq tamaşaçılara təqdim ediləcək.

 

UNEC Yaradıcılıq Mərkəzinin üzvü olan Yusif Cəfərbəyli 2019-cu ildə keçirilən “Tələbə baharı” festivalında 2-ci yerə layiq görülmüşdür.