https://www.zirve.edu.az/
27.05.2020 15:40
Cari ilin məzunları MİQ müsabiqəsində necə iştirak edəcəklər?-Rəsmi
Çap et

İyul ayında müəllimlərin işə qəbulu üzrə müsabiqə start götürəcək. 

Cari ilin məzunları müəllimlərin işə qəbulu üzrə müsabiqədə necə iştirak edəcəklər?

AzEdu.az namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edir:

-Ali və ya orta ixtisas təhsili müəssisələrini bitirən cari ilin məzunlarına müvafiq təhsil aldıqlarını təsdiq edən sənəd və ya onu əvəz edən arayış təqdim edilməyib. Bu halda onlar müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün elektron sənəd qəbulu zamanı "Təhsil haqqında məlumatlar" bölməsində təhsil pilləsini, ixtisası, təhsil aldıqları müəssisənin adını və təhsil aldıqları ili qeyd etdikdən sonra "Təhsil haqqında sənədin nömrəsi" xanasında "Arayış" sözünü yazmalıdırlar. Həmin şəxslər müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazandıqdan sonra müsahibə mərhələsinə təhsil aldıqlarını təsdiq edən arayışın əslini gətirməlidirlər.

Xatırladaq ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na  əsasən təşkil edilir.

Qeyd edək ki, sual İnsan Resursları Mərkəzinin rəsm “facebook” səhifəsinə istinadən cavablandırılıb.