Azedu.az

Peşə təmayüllü siniflərə qəbul IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq

Peşə təhsili-faydalı məlumat və xəbərlər

13 May 2020, 16:15
Peşə təmayüllü siniflərə qəbul IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq

Tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflər 15 nəfərdən az, 20 nəfərdən çox şagird olmamaqla təşkil ediləcək. Qəbul zamanı eyni təmayüllü sinfə müraciət edənlərin sayı 20 nəfərədək olduqda, onlar müsabiqəsiz qəbul edilir, 20 nəfərdən çox olduqda isə təhsil müəssisənin rəhbərliyi tərəfindən müsabiqə keçirilir.

 

AzEdu.az  xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

 

Qərarda qeyd olunur ki, müsabiqə təhsilalanların IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilir və göstəriciləri daha yaxşı olanlar qəbul edilir.

TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...
Son xəbərlərDaha çox