Azedu.az

Tovuzun Bozalqanlı kəndində 1200 şagird yerlik yeni məktəb binası tikilir  

Məktəblər

13 May 2020, 15:27
Tovuzun Bozalqanlı kəndində 1200 şagird yerlik yeni məktəb binası tikilir  

Respublikamızın bütün bölgələrində olduğu kimi Tovuz rayonunda da təhsil infrastrukturunun və maddi-texniki bazanın müasirləşdirilməsi, ümumilikdə isə təhsilin keyfiyyətinin yüksəldilməsi məqəsdilə yeni məktəb binaları tikilir, bir çox məktəblər əsaslı təmir edilir.

 

 AzEdu.az  xəbər verir ki, hazırda Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi üçün də 1200 şagird yerlik yeni məktəb binası tikilir.

 

Məktəbin tikintisinə 2019-cu ilin iyun ayında başlanılıb. Məktəb binası üçmərtəbəli 6 korpusdan, 64 sinif otağından, fənn kabinetləri, laboratoryalar, idman və akt zalından ibarət olacaq. Binanın həyətində futbol, voleybol, həndbol və basketbol meydançaları yaradılacaq. Hazırda məktəb kompleksinə elektrik, rabitə xətləri çəkilir, digər kommunikasiya sistemləri quraşdırılır.(AZƏRTAC)

 

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox