Azedu.az

Mebel sənayesi sahəsində düzgün peşə seçimi və iş imkanları məsələsi müzakirə olunacaq  

Peşə təhsili-faydalı məlumat və xəbərlər

13 May 2020, 15:04
Mebel sənayesi sahəsində düzgün peşə seçimi və iş imkanları məsələsi müzakirə olunacaq  

Mayın 14-də mebel sənayesi sahəsində düzgün peşə seçimi və iş imkanları ilə bağlı vebinar təşkil olunacaq.

 

 AzEdu.az  xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil edilən vebinarda agentliyin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, “Woodpecker” mebel şirkətinin direktoru Əliyar Əliyev, BMT İnkişaf Proqramının Azərbaycanda peşə təlimi və tədrisi mərkəzlərinin müasirləşdirilməsi layihələrinin koordinatoru Zəhra Əmrahova, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov onlayn müzakirələr aparacaq, izləyicilərin suallarını cavablandıracaqlar.

 

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanacaq.

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox