Azedu.az

Peşə təhsili müəssisəsində tibbi maska istehsalına başlanılıb  

Peşə təhsili-faydalı məlumat və xəbərlər

12 May 2020, 16:27
Peşə təhsili müəssisəsində tibbi maska istehsalına başlanılıb  

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, maska istehsalı Türkiyədən və Çindən gətirilən müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə peşə təhsil mərkəzinin 20-dək məzunu cəlb edilib.

Hazırkı istehsal imkanı gündəlik 15 min maskadır. Yaxın zamanlarda bu gücün gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır.

İstehsal olunan məhsullar ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Müəssisənin istehsal etdiyi tibbi maskaları mayın 15-dən etibarən şəhərimizin apteklərindən əldə etmək mümkün olacaq.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox