Azedu.az

Nazirlik: Peşə məktəblərinə qəbul avqustda keçiriləcək

Peşə təhsili-faydalı məlumat və xəbərlər

11 May 2020, 12:05
Nazirlik: Peşə məktəblərinə qəbul avqustda keçiriləcək

Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

 

Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.

TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...
Son xəbərlərDaha çox