Azərbaycanın müxtəlif peşə təhsil müəssisələrinin tələbələri “UNICEF Azerbaijan” tərəfindən təşkil edilən “Emosiyalarınızı necə tənzimləyə bilərsiniz” mövzusunda vebinara qatılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, “UNICEF Azerbaijan”ın Əsas Həyat Bacarıqları Proqramı çərçivəsində təşkil olunan vebinara peşə təhsili alan 878 tələbə qoşulub.