https://www.zirve.edu.az/
08.05.2020 15:19
İmtahan proqramlarından çıxarılan mövzuların siyahısı DİM-in saytına yerləşdiriləcək

Buraxılış və qəbul imtahanları proqramlarından çıxarılan mövzuların siyahısı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Qeyd edilib ki, mövzuların siyhasının yaxın günlərdə yerləşdiriləcəyi nəzərdə tutulub: “Qəbul proqramlarında hansı mövzulardan suallar düşəcəyi göstərilir. Proqramdan çıxarılan mövzuların siyahısının DİM-in saytına yerləşdirilməsində məqsəd abituriyentlər kömək etməkdir. Abituriyentə çətinlik olmaması üçün DİM-in saytında göstəriləcək ki, qəbul proqramlarında martdan sonrakı mövzular bunlar idi, onlardan hansıları proqramdan çıxarılıb. Dərslikdə olan bütün mövzular proqramda olmur. Proqram qısa formada hazırlanır. Ona görə də proqramdan çıxarılan mövzuların siyahısı veriləcək ki, şagirdlər həmin mövzulardan hazırlaşmasın. Bu, şagirdlərin işini asanlaşdırmaq üçündür”. (apa.az)