Azedu.az

Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələrə daha çox ehtiyac olacaq

Peşə təhsili-faydalı məlumat və xəbərlər

8 May 2020, 14:43
Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələrə daha çox ehtiyac olacaq

Bu gün dünyada baş verən proseslərlə əlaqədar əmək bazarının tələbləri də dəyişir. Onlayn fəaliyyət növlərinin aktuallaşması informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələrə daha çox ehtiyac yaratdı.

 

AzEdu.az xəbər verir ki, bunu “Microsoft”un təhsil proqramları üzrə meneceri Emin Axundov Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi “Düzgün peşə seçimi və iş imkanları” mövzusunda vebinarda deyib.

 

O bildirib ki, gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatların statistikasının hazırlanması, süni intellekt və informasiya texnologiyalarının təhlükəsizliyini əhatə edən peşələrə daha çox ehtiyac olacaq.

TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...
Son xəbərlərDaha çox