https://www.zirve.edu.az/
05.05.2020 12:57
UNEC imtahan sessiyasının distant təşkilinə hazırdır  
Çap et

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistratura səviyyəsi üzrə imtahanların distant təşkili, sərbəst işlərin qəbulu və qiymətləndirilməsi, tələbələrin dərsə davamiyyəti və dərslərin keyfiyyəti ilə bağlı onlayn müzakirələr aparılıb.

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, rektor Ədalət Muradov və fakültə dekanlarının iştirakı ilə keçirilən müzakirələrdə sərbəst işlərin onlayn qəbuluna və qiymətləndirilməsinə dair qaydalar hazırlandığı və texniki təminat işlərinin başa çatdığı bildirilib. Sərbəst işlərin mövzularının tamamlanması məsələsinin semestrin sonuna qədər təmin olunacağı qeyd edilib.

İclasda imtahan sessiyasının distant təşkili ilə bağlı müzakirələr aparılaraq, müvafiq təkliflərin hazırlanıb Təhsil Nazirliyinə təqdim olunacağı deyilib. Tələbələrin distant dərslərdə davamiyyətinin və “Coursera” təlimlərində iştirakının yüksəldilməsi üçün motivasiya tədbirlərinin hazırlanması barədə tapşırıqlar verilib.