Azedu.az

Peşə məktəblərində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq icazəsi verilir    

Peşə təhsili-faydalı məlumat və xəbərlər

1 May 2020, 15:27
Peşə məktəblərində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq icazəsi verilir    

Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.

 

AzEdu.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox