Azedu.az

DİN məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yaydı

Məktəblər

14 Aprel 2020, 13:40
DİN məktəb direktorunun öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ağır yol qəzası ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə. aprelin 13-ü saat 19 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində şəhər sakini Xəqani Abbasovun idarə etdiyi “VAZ-21214” markalı minik və Tovuz rayon sakini K.Hüseynzadənin idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

 

Nəticədə X.Abbasov və sərnişini Eyvaz Vəliyev hadisə yerində ölüblər.

 

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Xatırladaq ki, E.Vəliyev Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru olub.

Azərbaycanın milyardları bu MƏMURLARIN CİBİNDƏ! - ŞOK SİYAHI
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox