Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 14:44:00
Moskvada valideynlər uşaqlarını təhsil müəssisələrinə aparmaya bilərlər

Moskvada valideynlərə uşaqlarını təhsil müəssisələrinə aparmamağa icazə verilib.

AzEdu.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin imzaladığı Fərmana əsasən, valideynlər koronavirus təhlükəsi ilə əlaqədar uşaqlarını təhsil müəssislərinə aparmaya bilərlər. Moskva meri öz saytında qeyd edib ki, təhsil müəssisələrində dərslər adi qaydada davam edəcək. Məktəblərə gəlməyən uşaqlar isə Moskva elektron məktəbi və digər müasir elektron vasitələrlə dərslərini davam etdirə biləcəklər.

Qeyd edək ki, Moskvada koronavirusa 24 yoluxma faktı qeydə alınıb.