https://www.zirve.edu.az/
26.02.2020 16:05
“Üç nöqtə” adlı radiotamaşa
Çap et

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan “Üç nöqtə” adlı radiotamaşa təqdim olunub. Fakültənin III kurs tələbələrinin hazırladığı tamaşada 1990-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Ermənistan silahlı qüvvələri tərəfindən edilən işğalçı hücumlar, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları və törətdikləri faciələr öz əksini tapıb. Radiotamaşa multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Natəvan Dəmirçioğlunun rəhbərliyi ilə hazırlanıb.

 Radiotamaşada, həmçinin Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən 20 Yanvar faciəsi haqqında məlumatlara da yer verilib. 

 Sonda jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, yeni media və kommunikasiya kafedrasının müdiri, professor Cahangir Məmmmədli, dekan müavini Könül Niftəliyeva, fənn müəllimi Natəvan Dəmirçioğlu, tədris teleradio studiyasının müdiri Ramin Rzayev radiotamaşa haqqında fikirlərini bildiriblər.