https://www.zirve.edu.az/
18.02.2020 10:39
Abituriyentlər  cavab  kartının doldurulmasında  bu vasitədən istifadə edə bilər -Yenilik
Çap et

AzEdu.az mütəmadi olaraq abituriyentlərin suallarını rəsmi quruma istinadən cavablandırır.

Həmin suallardan birini təqdim edirik.

Sual: Cavab kartında sualın cavabını səhv qeyd etdim. Ağardıcı işlətməyə icazə verilmədi.Səhvimi necə düzəldə bilərdim?

Cavab: Sualları cavablandırarkən karandaşdan istifadə etmək olar. Əgər abituriyent səhv edirsə, qeyd etdiyi cavabı silərək düzəliş edə bilər. 

DİM-dən  verilən məlumata görə bir neçə ildir, abituriyentlərə  imtahanda karandaşdan istifadəyə icazə verilir. Bu barədə abituriyentlərin “Yaddaş kitabçası”-nda  məlumat qeyd olunub. Lakin açıq tipli tapşırıqlar yoxlanılanda skan edildiyindən  keyfiyyətli oxunması üçün qələmlə yazılmalıdır.

Məlumat üçün bildirək ki, açıq tipli tapşırıqlarda tapşırıqların həlli yolları yazılmalıdır. Birbaşa qeyd olunan cavablar düzgün sayılmır.