https://www.zirve.edu.az/
14.02.2020 17:16
Peşə təhsili və təlimi sahəsində Estoniya təcrübəsi öyrənilir
Çap et

Peşə Təhsili üzrə Dövlət Agentliyinin və BMT-nin İnkişaf Proqramının əməkdaşlarından, Cəlilabad Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoqlarından ibarət nümayəndə heyəti Estoniyada olub.

AzEdu.az xəbər verir ki, səfərin məqsədi Estoniyada peşə təhsili elementlərinin tətbiqi və ölkənin peşə təhsili sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsidir.

Nümayəndə heyəti Estoniyanın peşə təhsil sistemi və son illər müvafiq sahədə aparılan dəyişikliklər və yeniliklərlə tanış olub. Onlar “Virumaa” Peşə Təhsil Mərkəzində və Tallinn Xidmət Məktəbində tikinti, mebel, qaynaq, xidmət və digər istiqamətlər üzrə tədris prosesini yaxından izləyib, mərkəzlərin idarə heyəti ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi BMT-nin İnkişaf Proqramının icra etdiyi “Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilib.