Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 16:02:00
Bu müəllimlər bağçalarda qətiyyən işləyə bilməzlər-DİQQƏT

 

 AzEdu.az mütəmadi olaraq müəllim, şagird, valideyn və digərlərini maraqlandıran sualları cavablayır. Ən çox soruşulanlardan biri də müəllimlərin məktəbəqədər təhsil müəssisələrinə işə qəbulu ilə bağlıdır.

Bu prosesin imtahan vasitəsilə həyata keçirilmədiyi çoxlarına məlumdur. Bəs, məktəbəqədər təhsil müəssisələrində kimlər  çalışa bilərlər? Təsviri sənət müəllimi məktəbəqədər təhsil müəssisəsində işləyə bilərmi?

AzEdu.az məlumat verir ki, məktəbəqədər təhsil müəssisələrinə işə qəbulu Təhsil Nazirliyi deyil, İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Məktəbəqədər təhsil haqqında Qanununa əsasən, bu müəssisələrdə çalışanlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

-Tərbiyəçi–müəllim – uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs olmalıdır. Buna görə də təsviri sənət müəllimi bu vəzifədə çalışa bilməz.

-Metodist – məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssisdir.

Qeyd edək ki, məktəbəqədər təhsil proqramı məktəbəqədər təhsilin dövlət standartları və məktəbəqədər təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları