Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 11:47:00
Rezident olmaq istəyənlərin  nəzərinə - İstiqamətlərə uyğun ixtisaslar

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Yəni, ali təhsil müəssisəsinin  IV, V və VI kursunda təhsil alanlar bu il rezidenturaya qəbul müsabiqəsinin I mərhələsində iştirak edə bilərlər. III kurs tələbələri yalnız kursu tam başa vurduqdan sonra imtahan verə bilərlər.

AzEdu.az rezident olmaq istəyənlər üçün istiqamətlər üzrə ixtisasları təqdim edir.

-Müalicə işi:

Anesteziologiya, reanimatologiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi, Otorinolarinqologiya, Travmatologiyaortopediya, Onkologiya, Urologiya, Oftalmologiya, Mamalıq-ginekologiya, Psixiatriya, Nevrologiya, Terapiya, Kardiologiya, Nefrologiya, Qastroenterologiya, Hematologiya, Dermatovenerologiya, İmmunologiya, Allerqologiya, Yoluxucu xəstəliklər, Revmatologiya, Endokrinologiya, Narkologiya, Fizioterapiya və tibbi bərpa, Ftiziatriya, Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza, Pediatriya, Şüa terapiyası, Şüa diaqnostikası, Mikrobiologiya, Genetika, Sosial gigiyena və səhiyyənin təşkili

-Stomatologiya:

Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Sosial gigiyena və səhiyyənin təşkili

-Müalicə və profilaktika

Sosial gigiyena və səhiyyənin təşkili, Gigiyena, Mikrobiologiya, Laboratoriya işi, Epidemiologiya, Yoluxucu xəstəliklər

Qeyd edək ki, müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır. Hazırda rezidenturaya qəbul olmaq üçün I mərhələdə 100 baldan 40 bal toplamaq lazımdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları