Azedu.az

Qazaxda 9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqlayıb

6 Fevral 2020, 13:01
Qazaxda 9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqlayıb

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

AzEdu.az xəbər verir ki, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox