Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 09:02:00
Gənc müəllim karantindən fotolar paylaşdı

“Yeməklər mikroblu, xəstələrin sayı çox, dərman belə vermirlər"

Çinin Uhan şəhərində sürətlə yayılan koronavirüs epidemiyasında ölənlərin sayı 361-ə, virusdan təsirlənənlərin sayı isə 17 min 205-ə yüksəlib.

AzEdu.az bildirir ki, rəsmi agentliklər və xəbər kanalları bu məlumatları dünyayla paylaşır. Hazırda ölkəsində karantində olan 37 yaşlı müəllim, vəziyyətin daha ciddi olduğunu söyləyir. Karantindən fotolar paylaşan qadın, yeməklərinin mikroblu, həkimlərin narahat olduğunu və gerçək ölü sayının xəbərlərdə qeyd edilənlərdən daha çox olduğunu iddia edir.

Muying Shi, beş ildir İngiltərənin paytaxtı Londonda müəllimlik edir. Xarici dil təlimçisi olan 37 yaşlı qadının anası, dördüncü mərhələ xərçəngdir.

Muying Shi, bu səbəblə Londondan ana vətəni olan Çinin Uhan şəhərinə gəlib. Yanvar ayının əvvəlində 63 yaşlı xəstə anası Liping Vangı ziyarət etmək və onunla vidalaşmaq üçün ölkəsinə gələn Shi, epidemiyanın sıfır nöqtəsi olan Uhanda xəstəliyə tutulub.

Test nəticəsində ciyərlərində koronavirüs təsbit edilən müəllim, indi karantindədir. 67 yaşlı atası Xianqing ilə birlikdə karantinə alınan Muying Shi xəstəxananın 8-ci palatasında qalır.

İngilis qəzetlərindən "Mirror"la ünsiyyətə keçən Muying Shi, qəzetə verdiyi qısa reportajda çox qorxduğunu söyləyib.

Karantin mühiti ilə bağlı məlumat verən gənc müəllim, sözlərini diqqətlə seçməyə çalışır və danışarkən səsi titrəyir.

Otağı iki yaşlı insanla paylaşdığını və karantin otağında cəmi üç adam qaldıqlarını bildirir.

Yaşlılardan birinin oksigen cihazı içərisində olduğunu və ancaq bu şəkildə nəfəs ala bildiyini söyləyir.

Shi, ömrünün saylı günləri qalan anasıyla görüşə bilmədiyinə görə çox kədərlidir:

"Kimsə virus haqqında həqiqətən bir şey bilmir, kimsə əmin deyil. Vəziyyət belə olduğuna görə uyğun bir müalicə tapmaq da mümkün deyil. Atama və mənə antibiotik və ağrı kəsici verilir. Bunlarla necə yaxşılaşacağıq? Bu xəstəliyin müalicəsi yoxdur".

Muying Shi, karantin altında olan xəstələrə qarşı laqeydlik olduğunu belə izah edir:

"Bəzi xəstələrə dərman belə verilmir. Divarlardan həkimlərə qışqıran xəstələrin səslərini eşidirik".

Muying Shi yaxşılaşacağı təqdirdə İngiltərəyə geri dönməsinə icazə verilib, verilməyəcəyini də bilmir.