Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-02 14:35:00
Bu müəllimlər attestasiyadan kənarda qala bilərlər - Məcəllədən çıxarış

AzEdu.az mütəmadi olaraq müəllim, direktor və valideynləri maraqlandıran məsələlərin qanunvericilik tərəflərini işıqlandırmaqda davam edir. Son vaxtlar müəllimlərin sertifikasiyası xeyli müzakirə olunur. Sertifikasiyanın şərtləri, kimlərə şamil olunacağı çoxlarına maraqlıdır.

AzEdu.az məlumat verir ki, Əmək Məcəlləsinin 66-cı madəsində attestasiyası keçirilməyən işçilərin siyahısı göstərilib.Həmin maddəyə əsasən, attestasiya bu müəllimlərə şamil edilməyə bilər: 

-Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alan və əlil olanlar;

-Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülənlər;

-Bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olanlar;

-Hamilə qadınlar;

-Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); [83]

-Bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışanlar;

-Eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları