Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-02 12:30:00
Xarici universitet diplomlarının tanınmasında kimlərə xüsusi güzəştlər edilir?

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən sualına cavabı təqdim edir:

-Nostrifikasiya prosedurlarında müharibə veteranlarının sənədlərinin ekpertizası zamanı hər hansı güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub?

-Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) prosedurunu tənzimləyən normativ-hüquqi sənədlərdə müraciətçilərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmayıb

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları