Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 14:07:00
Xaricdə oxumaq istəyənlərin nəzərinə!-2020-ci ildə dünyanın ən rəqabətqabiliyyətli şəhərləri 

Çin Sosial Elmlər Akademiyası və “UN-HABİTAT”ın mütəxəssisləri “Global City Competitiveness Report” (2019-2020) hesabatını dərc edərək, onun əsasında dünyanın ən rəqabətqabiliyyətli şəhərlərinin reytinqini tərtib ediblər.

Şəhərlərin iqtisadi rəqabətqabiliyyətliliyi investisiyaların cəlb edilməsi, sosial dəyərlərin yaradılması və sakinlərinin rifahının təmin edilməsi üçün şəhərin iqtisadi üstünlüklərindən və resurslarından istifadə etmək qabiliyyəti kimi qiymətləndirilirdi.

Beləliklə, dünyanın ən rəqabətqabiliyyətli şəhərini təqdim edirik:

10. Şanxay

Çinin şərqində Yantszı çayının deltasında yerləşən Şanxay ölkənin mühüm maliyyə və mədəniyyət mərkəzi, eləcə də dünyanın ən böyük dəniz limanıdır.

Şanxayda ÇXR-da ən yüksək minimum əmək haqqı müəyyən edilib.

9. Los-Anceles

Los-Anceles dünyanın ən böyük mədəni, elmi, iqtisadi, təhsil mərkəzlərindən biridir. Həmçinin şəhər kino, teatr, musiqi, ədəbiyyat və televiziya sahəsində dünyanın ən iri əyləncə mərkəzlərindən biridir.

8. Münhen

Müasir Münhen yalnız mədəniyyət deyil, həm də böyük sənaye və tədqiqat mərkəzidir.

Münhen Bavariya Dövlət Kitabxanası, Maks Plank  və  Haynts Mayer-Leybnits adına institutlar və bir çox digər qurumları sayəsində Avropa elmində qabaqcıl mövqe tutur.

Münhen, həmçinin haqlı olaraq Almaniyanın IT paytaxtı da hesab olunur.

7. San-Fransisko

San-Fransisko soyuq dumanı, sıldırım təpələri,  viktorian dövrünün və müasir memarlıq  əsərləri ilə tanınan dünya turizm mərkəzidir.

Şəhərin ən məşhur yerləri “Qızıl Darvazalar” körpüsü, Alkatras adası, kanat tramvayı sistemi, Koyt qülləsi və Çayna-taundur.

6. Тokio

Tokio Yaponiyanın iqtisadi mərkəzidir.

Şəhər Nyu-York və London ilə yanaşı, dünyanın üç maliyyə mərkəzlərindən biridir. Tokio dünyanın ən iqtisadi cəhətdən inkişaf etmiş aqlomerasiyalarındandır.  

5. San-Xose

San-Xose Silikon Vadisinin paytaxtı hesab olunur. Burada “Cisco Systems”, “Adobe Systems”, “BEA Systems”, “eBay”, “KLA Tencor” da daxil olmaqla, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir çox şirkətlərin qərargahı yerləşir.  

4. Şençjen

Geniş miqyaslı xarici və dövlət investisiyaları sayəsində qısa müddət ərzində şəhər Mirvari çayının deltası, eləcə də bütün ölkənin iqtisadi regionunun ən iri  sənaye, maliyyə və nəqliyyat mərkəzinə çevrilib.

3. Sinqapur

Sinqapur bazar iqtisadiyyatlı və vergitutmanın aşağı olduğu yüksək inkişaf etmiş ölkədir.

Sinqapur aşağı vergi dərəcələri olduğu üçün investorlar üçün cəlbedicidir. Burada cəmi beş vergi var ki, onlardan biri gəlir vergisi, biri isə əmək haqqı vergisidir.

Ölkədə elektronika istehsalı, gəmiqayırma, maliyyə xidmətləri sektoru inkişaf edib.

2. London

London investisiya üçün ən cəlbedici şəhərlərindən biridir və dünyanın bütün şəhərləri arasında olduqca böyük təmiz kapitallı beynəlxalq ticarət şirkətləri və şəxsləri ən çox məhz bu şəhərin yurisdiksiyasında  qeydə alınıb.

London Böyük Britaniyanın və Avropanın ən mühüm iqtisadi və maliyyə mərkəzidir, dünyanın aparıcı maliyyə mərkəzi adı uğrunda Nyu-Yorkla rəqabət aparan qlobal şəhərlərdən biridir.

1. Nyu-York

Nyu-York Birləşmiş Ştatların və bütün dünyanın ən mühüm iqtisadi mərkəzidir. Nyu-York London və Tokio ilə yanaşı, dünya iqtisadiyyatının üç əsas mərkəzlərindən biri adlandırılır.

 “Citigroup”, “J.P. Morgan & Co.”, “American International Group”, “Goldman Sachs”, “Morgan Stanley”, “Merrill Lynch” və digər maliyyə təşkilatlarının qərargahları bu şəhərdə yerləşir.

Nyu-Yorkda, həmçinin “Verizon Communications”, “Pfizer”, “Alcoa”, “News Corporation”, “Colgate-Palmolive” və digər iri qeyri-maliyyə şirkətlərinin qərargahları da yerləşir. (Oxu.az)