Azedu.az

Çin universitetlərində süni intellekt təlimləri başlayıb

Xaricdə təhsil

12 İyul 2026, 15:28
Çin universitetlərində süni intellekt təlimləri başlayıb

Çində universitetlər süni intellekt sahəsində kadr hazırlığını gücləndirmək məqsədilə yay dövründə xüsusi tədris proqramları həyata keçirir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə tələbələr generativ süni intellekt, maşın öyrənməsi, robototexnika və rəqəmsal texnologiyalar üzrə yeni bilik və bacarıqlar əldə edirlər.

Çinin nüfuzlu ali təhsil müəssisələrindən olan Tsinghua Universitetində 5-16 iyul tarixlərində generativ süni intellekt üzrə yay məktəbi keçirilir. Proqram çərçivəsində böyük dil modelləri, multimodal texnologiyalar, süni intellekt tətbiqləri, təbii dil emalı, kompüter görməsi və robototexnika kimi istiqamətlər üzrə təlimlər nəzərdə tutulub.

Universitetlər hesab edir ki, süni intellekt texnologiyalarının inkişafı yeni nəsil mütəxəssislərdən fərqli bacarıqlar tələb edir. 

Bu səbəbdən Çində ali məktəblər tələbələrin texnoloji biliklərini artırmağa və onları gələcəyin əmək bazarına hazırlamağa yönəlmiş proqramların sayını artırır.

Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox