Azedu.az

Fransada rekord istilər: Məktəblər bağlanıb, dərs saatları qısaldılıb

Xaricdə təhsil

28 İyun 2026, 15:12
Fransada rekord istilər: Məktəblər bağlanıb, dərs saatları qısaldılıb

Fransada müşahidə olunan rekord istilər təhsil müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, öllkənin müxtəlif bölgələrində minlərlə məktəb ya müvəqqəti bağlanıb, ya da dərs saatları qısaldılıb.

Məlumata görə, bir çox məktəb binalarında kondisioner sisteminin olmaması və sinif otaqlarında temperaturun təhlükəli həddə çatması səbəbindən şagirdlərin sağlamlığının qorunması məqsədilə təcili tədbirlər görülür. Təhsil müəssisələrinə dərslərin daha sərin saatlarda təşkili, şagirdlərin su ilə təmin edilməsi, otaqların mütəmadi havalandırılması və zərurət yarandıqda distant təhsilə keçidlə bağlı tövsiyələr verilib.

Fransa meteoroloji xidməti ölkənin bir sıra regionlarında yüksək temperaturla bağlı xəbərdarlıq edib. Sinif otaqlarında istiliyin normadan artıq olması xüsusilə ibtidai sinif şagirdləri üçün risk yaratdığından bəzi məktəblər fəaliyyətini müvəqqəti dayandırıb.

Bununla yanaşı, ölkədə keçirilən milli imtahanların təhlükəsiz şəraitdə davam etdirilməsi üçün də əlavə tədbirlər görülür. İmtahan mərkəzlərində içməli su təmin edilir, otaqların havalandırılması gücləndirilir və namizədlərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir.

Mütəxəssislər iqlim dəyişikliyinin təsiri ilə Avropada isti hava dalğalarının daha tez-tez müşahidə olunduğunu bildirərək, məktəb binalarının bu cür ekstremal hava şəraitinə uyğunlaşdırılmasının vacibliyini vurğulayırlar.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox