İyulun 4-12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan komandası böyük nailiyyət əldə edib.
AzEdu.az xəbər verir ki, 90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu elm yarışında ölkəmizi müxtəlif ümumi təhsil müəssisələrindən 5 şagird təmsil edib.
Azərbaycan komandası yüksək nəticə göstərərək 3 gümüş və 2 bürünc medal qazanıb.
Qeyd edək ki, 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul edilib.