Azedu.az

FHN: 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib

AzEdu Təhsil Platforması

13 İyul 2026, 09:37
FHN: 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib

Ötən həftə ərzində 560 yanğına çıxış olub.

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həftə ərzində 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.

Rusiyada vətəndaş müharibəsi başladı - Şok görüntülər
Son xəbərlərDaha çox