Azedu.az

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

23 Yanvar 2020, 11:50
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak üçün qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, bu gün saat 11:30-a olan məlumata görə, inzibati rəhbər vəzifələr üzrə yanvarın 25-də keçiriləcək test imtahanında iştirak etmək üçün 51 nəfər (AA - 2, AB - 15, AC - 34) qeydiyyatdan keçib. Qeydiyyat yanvarın 24-də yekunlaşacaq.

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak üçün isə 194 nəfər (BA - 48, BB - 146) ərizəsini təsdiqləyib. Qeydiyyat fevralın 6-da başa çatacaq.

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox