https://www.zirve.edu.az/
21.01.2020 11:27
Namizədlərin nəzərinə: Yeni təyinat alan direktorlar neçə il işləyə bilərlər?

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Hazırda direktorların işə qəbul müsabiqəsində iştirak etmək istəyən namizədləri ən çox maraqlandıran məsələlərdən biri də yeni təyinat alanların neçə illiyə təyin edilməsi ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, qaydalara görə, müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir.

Ümumi təhsil müəssisələrinin direktorlarının iş yerinin eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişdirilməsi üçün yerli təhsili idarəetmə orqanı Təhsil Nazirliyinə təqdimat göndərir. Nazirlik tərəfindən bu qaydaların müvafiq bəndi ilə müəyyənləşdirilmiş tələblər gözlənilməklə və Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin rəyi öyrənilməklə müvafiq qərar qəbul edilir.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları