![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_ucotttt_514.jpg)
AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı barədədir.
AzEdu.az məlumat verir ki, bu məsələlər "Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat"da qeyd olunub. Təlimata əsasən bütün ümumtəhsil müəssisələrində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı aparılır.
Bu zaman qeydiyyat ümumi sıra nömrəsi ilə, I nömrədən başlayaraq edilir. Yeni işə qəbul edilənlər siyahıya əlavə olunurlar. Kitabda yazı əsaslandırlmış sənəd əsasında aparılmalıdır.
Attestasiya komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və orada edilən dəyişikliklər ən geci 1 ay müddətində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olunmalıdır.
Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir. Bu kitabda xidmətedici heyət haqqında qeyd aparılmır. Saxlanılma müddəti isə daimidir.
Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)