Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-12 12:17:00
Birləşmiş Ərəb Əmirliklərindən olan tələbələrin təcrübəsi başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Xeyma şəhərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin (RAK TSEU) stomatologiya fakültəsinin tələbələrinə Azərbaycan Tibb Universitetində (ATU) keçirilən təcrübə müddəti sona  çatıb.

Həmin universitetin V kursunun 11 tələbəsi iki həftə ərzində təcrübə müddətində  kafedranın və müvafiq şöbənin iş prinsipi ilə tanış olub, müxtəlif cərrahi əməliyyatların gedişini izləyib,  xəstələrin ambulator müalicə prosedurları ilə də tanış olublar.

Məlumat üçün bildirək ki, ATU-nun Tədris-Cərrahiyyə Klinikasında yerləşən ağız və üz-çənə cərrahiyyəsi kafedrasında kafedra müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə klinik təcrübə keçən tələbə heyətinə RAK TSEU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru ATU-nun məzunu Sabrin Azim rəhbərlik edib.

Sonra əcnəbi tələbələr təcrübə proqramı və  Azərbaycan Tibb Universiteti haqqında öz təəssüratlarını bölüşüblər. Onlar təcrübə müddətində yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.

Sifai SƏFƏROVA(Azərbaycan müəllimi)