Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 16:11:00
“Orta məktəblərdə telefondan istifadə qadağan edilsin” - Psixoloqdan təklif

“Çox yaxşı olardı ki, internetə çıxışı olan telefonlar orta məktəblərdə qadağan edilsin və bunun hüquqi bazası hazırlansın, çünki əgər uşaqlar dərs müddətində internetdən uzaq olsalar, faydalı olar”

AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov yeniyetmələrin internet klublarda və ya özlərinin internetə çıxışı olan telefonlarda vaxt keçirməsinə münasibət bildirərkən deyib. Psixoloq bununla bağlı məktəb rəhbərlərinin də müvafiq addımlar atmasının vacibliyini vurğulayıb:

“Yeniyetmələri internetdən uzaq tutmaq üçün inzibati tədbirlər kimi bir çox prosedurlar var. Məsələn, birincisi internet klublar orta məktəblərdən uzaqda olmalıdır. Çox yaxşı olardı ki, internetə çıxışı olan telefonlar orta məktəblərdə qadağan edilsin və bunun hüquqi bazası hazırlansın, çünki əgər uşaqlar dərs müddətində internetdən uzaq olsalar, faydalı olar. Bu həm dərs prosesini pozur, həm uşaqların bir-birinə, həm də müəllim-şagird münasibətlərinə təsir göstərir. Uşaqların internetdə az vaxt keçirməsi üçün internetdən kənar proseslərin sayını artırmaq lazımdır, yəni burda asudə vaxtı daha səmərəli etmək vacibdir ki, onlar internetdə az vaxt keçirsinlər. Bu gün internet klublar o qədər yayqın deyil və heç buna ehtiyac da yoxdur, çünki hər kəsin əlində telefon var. Onları təhsilə cəlb edib məktəblərdə bununla bağlı tədbirlər keçirilərsə, nəyəsə nail olmaq olar. Bununla yanaşı, bizim tənbəl valideynlərimiz də var, uşaq yemək yeməyəndə, səs salanda telefon verirlər ki, başı qarışsın. Bu ümumi bir bəladır və qarşısını almaq vacibdir.