![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_lkkvuf_766.png)
Alimlər qacetlərin gənc nəsildə daha ciddi asılılığa səbəb olduğunu müəyyənləşdiriblər.
AzEdu.az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, məktəbəqədər uşaqların qacetlər vasitəsilə əldə etdikləri bəzi oyunlar onlara ciddi zərər verə bilər.
Məktəbəqədər uşaqların 80%-dən çoxu planşet və smartfon vasitəsilə müxtəlif oyunlar oynayır, cizgi filmlərinə baxır və musiqi dinləyirlər.
Amerika Pediatrlar Birliyi 2 yaşa çatmayan uşaqların düzgün inkişafı və tərbiyəsi üçün rəqəmsal texnologiyalardan istifadə etməməyə çağırır.
Buna baxmayaraq həkimlər 1,5-2 yaşlı körpələrin cihazdan gündə 2 saata qədər istifadə edə biləcəyinə qərar veriblər. 2 yaşdan 5 yaşa qədər uşaqlar üçün isə bu müddət 3 saatdan çox deyil.
Araşdırmaya görə, uşaqlarda idrak prosesinin inkişafının ən yüksək səviyyəsi məhdud vaxt çərçivəsində kompüterdən istifadə edən uşaqlarda qeydə alınıb. Eyni zamanda, qacetdən həftədə 6 saatdan çox istifadə etməyən azyaşlılarda da yüksək göstərici müşahidə edilib. Lakin bu uşaqların təxəyyülü ümumiyyətlə qacetə müraciət etməyən uşaqlar qədər inkişaf etmir.
Mütəxəssislər qeyd edir ki, məktəbəqədər uşaqlar üçün inkişaf oyunları təsəvvür, düşüncə, qavrayış və diqqətin inkişafına müsbət töhfə verir. Ancaq planşetdəki oyunlar müxtəlif fəaliyyət növlərini inkişaf etdirmir. Buna görə də proqram tərtibatçıları tətbiqlərə daha çox hadisə-macəra əlavə etməli və uşaqlara səhv etmək hüququ verməlidirlər.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)