Türkiyədə iyunun 20-dən etibarən ali məktəblərə qəbul imtahanı (YKS) başlayıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilki imtahan maraqlı hadisə ilə də yadda qalıb.
Bursada yaşayan 40 yaşlı Seda Ersöz və oğlu Emir Batın Ersöz YKS imtahanına eyni məktəbdə daxil olublar.
Seda Ersöz oğlu Emir Batına dəstək olmaq və onun həyəcanını bölüşmək üçün ilboyu onunla birlikdə hazırlaşıb, testlər həll edib və sınaq imtahanlarında iştirak edib. Ana daha sonra öz adına da imtahan qeydiyyatı etdirib.
İmtahan yerləri açıqlanarkən ana və oğul onların eyni məktəbdə imtahan verəcəyini öyrəniblər.