Azedu.az

Süni intellektdən tibbdə böyük dəstək

Maraqlı

21 İyun 2026, 14:34
Süni intellektdən tibbdə böyük dəstək

Alimlər süni intellektin yeni dərmanların hazırlanması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyini müəyyən ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də aparılan araşdırma zamanı süni intellektdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcək perspektivli kimyəvi birləşmələr daha qısa müddətdə müəyyən edilib.

Tədqiqatçılar bildiriblər ki, bu texnologiya ənənəvi üsullarla illərlə davam edə bilən dərman axtarışı prosesini sürətləndirərək həm vaxt, həm də maliyyə xərclərini azalda bilər.

Araşdırmanın nəticələri gələcəkdə xərçəng və digər ciddi xəstəliklərə qarşı yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox