Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü başlayır.
AzEdu.az xəbər verir ki, bu gün Tarix, Riyaziyyat, Coğrafiya və İnformatika üzrə sertifikasiya keçiriləcək.
Qeyd edək ki, sertifikasiyanın birinci günündə 606 müəllim iştirak edib və 98 faiz davamiyyət qeydə alınıb. İkinci günündə 3548 müəllim, üçüncü günündə isə 4228 müəllim imtahanda iştirak edib. Dünən keçirilən prosesdə isə 949 müəllim iştirak edib.
Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.
Xatırladaq ki, sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.