https://www.zirve.edu.az/
27.11.2019 14:57
Ən az özəl bağça bu rayonda fəaliyyət göstərir - Statistika

Azərbaycan bölgələri arasında ən az özəl məktəbəqədər təhsil müəssisəsi Masallı, Bərdə, Biləsuvar, Salyan, İmişli, Hacıqabul kimi rayonlarda qeydə alınıb. Bu bölgələrdə cəmi bir belə müəssisə mövcuddur.

AzEdu.az məlumat verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Göstəricilərə görə, ən çox özəl bağça Abşeronda fəaliyyət göstərir. Burada 6 özəl məktəbəqədər müəssisə mövcuddur.

Özəl bağçaların sayına görə ikinci yerdə Sumqayıt, Lənkəran, Quba rayonları gəlir. Bu bölgələrin hər birində 2 özəl məktəbəqədər müəssisə fəaliyyət göstərir.

Ən az özəl məktəbəqədər təhsil müəssisəsi isə Masallı, Bərdə, Biləsuvar, Salyan, İmişli, Hacıqabul kimi rayonlarda qeydə alınıb. Bu bölgələrdə cəmi bir belə müəssisə mövcuddur.

Şagird çoxluğuna görə ilk sırada Abşeron gəlir. Burada 232 azyaşlı özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alırlar. Valideynlərin özəl bağçalara üstünlük vermələrinə görə, ikinci yerdə Biləsuvar gəlir. Burada 110 şagird özəl bağçada təhsil alır. Özəl bağçalarda ən az şagird isə İmişlidə qeydə alınıb. Buranın özəl məktəbəqədər təhsil müəssisələrində 40 azyaşlı oxuyur.

Qeyd edək ki, məcmuədə özəl və dövlət məktəbəqədər təhsil müəssisələrinə dair göstəricilər qeyd olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları