Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 14:39:00
IELTS imtahanı üzrə tələb olunan ödənişlər –Çox yüksək məbləğlər

IELTS  dünyanın 140-dan çox ölkəsində 10 mindən çox təşkilat tərəfindən tanınır. Təkcə ABŞ-da 3 min belə təşkilat var ki, onların siyahısına hökumət, akademik təşkilatlar və işəgötürənlər daxildir.

AzEdu.az tələbələrin çoxsaylı istəyini nəzərə alaraq “British Council” ilə əlaqə saxlayıb və IELTS imtahanı üzrə tələb olunan ödənişləri dəqiqləşdirib.

Kağız üzərində təqdim edilən IELTS (Academic və ya General Training): 350 AZN;

Kompüterdə təqdim edilən IELTS (Academic və ya General Training): 400 AZN.

Birləşmiş Krallıqa köçmək məqsədilə viza üçün müraciət edirsinizsə, o zaman UKVI üçün IELTS imtahanı verməlisiniz.

UKVI üçün IELTS Akademik və ya Ümumi Təlimat: 475 AZN;

IELTS Life Skills A1:  360 AZN;

IELTS Life Skills B2 : 360 AZN.

Xatırladaq ki, kağız əsaslı imtahan vermisinizsə, nəticələrinizə yalnız 13 gün sonra baxa bilərsiniz.

  

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları