Azedu.az

Azərbaycanda distant təhsil sistemi üzrə ixtisaslaşmış ali məktəb yaradıla bilər – AÇIQLAMA

19 Noyabr 2019, 11:14
Azərbaycanda distant təhsil sistemi üzrə ixtisaslaşmış ali məktəb yaradıla bilər – AÇIQLAMA

“Azərbaycanda distant təhsil sistemi üzrə ixtisaslaşmış ali məktəb də yaradıla bilər”.

AzEdu.az xəbər verir ki, bunu TED.az-a eksklüziv açıqlamasında texnika elmləri doktoru, professor Həsən Hüseynov deyib.

Onun sözlərinə görə, ölkədə ən müasir təhsil texnologiyalarından istifadə olunur: “Təhsil Nazirliyi bu istiqamətdə hərtərəfli çalışır. Universitetlərin hamısında sözügedən sahə üzrə iş aparılır. Prosesi sürətləndirmək üçün birinci növbədə universitetlərin nəzdində Distant təhsil tədris hissəsi, dekanlığı yaradılmalıdır. Regionlarda distant təhsil mərkəzləri qurulmalıdır”.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox