Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 15:45:00
UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu  

21- 25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək. 

AzEdu.az xəbər verir ki, “Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq. Təcrübəli ekspertlərin moderatoru olduğu müzakirələrdə qoyulan mövzularla bağlı təkliflər paketi hazırlanacaq.

21 oktyabr

Avropa İqtisadiyyatı Mərkəzi

Mövzu: “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Global Cənubla iqtisadi əlaqələrin rolu”

Əsas məruzəçi: Dr. Elkhan Richard Sadiq-Zada, Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı

22 oktyabr

Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi

Mövzu: “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri”

Əsas məruzəçi: Professor Qafar Mehdiyev, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri

23 oktyabr

Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi

Mövzu: Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları”

Əsas məruzəçi: Mirsahib Eminov, UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi

24 oktyabr

Ekonofizika Tədqiqat Mərkəzi

Mövzu: “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış”

Əsas məruzəçi: Professor Şahlar Əsgərov, Əməkdar elm xadimi 

25 oktyabr

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi

Mövzu: “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”

Məruzəçilər: 

Professor Feng Zongxian, Çinin Xian Jiaotong Universitetinin “Kəmər və Yol” və  Qlobal İnkişaf institutunun direktoru

Tahir Mirkişili, millət vəkili