Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 10:39:41
Bakıda universitet müəlliminin velosipedi oğurlandı

Bakıda universitetdə müəllimi işləyən Rusiya vətəndaşı qarət olunub.

AzEdu.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Yuri Eduvardoviç Şirkov Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, oktyabrın 6-da, saat 20:00-dan saat 20:25-dək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi 28 ünvanında saxladığı özünə məxsus “Stella” markalı velosipedi oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.