Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 13:15:00
Ekspertdən TƏKLİF: “Təhsil Nazirliyi bu məbləğin artırılması üçün müraciət etməlidir”

10 ildir ki, orta məktəblərdə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Təkcə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. 2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub. Onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub. İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb”.

 AzEdu.az  xəbər verir ki, bu fikirləri  təhsil eksperti Kamran Əsədov bildirib.

 Ekspert maraqlı təkliflə də çıxış edib:

“Hər il kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Amma uzun müddətdir ki, H1 və H2 (H1-rayon mərkəzindən 3 km dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub və H1-60 manat, H2- 20 km dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub və H2-160 manat) verilən vəsaitlər eyni qalıb. Yəni bu müddət ərzində benzinin qiyməti, elektrik və digər xərclər artıb.
Ümid edirəm ki, Təhsil Nazirliyi H1 və H2 yə görə verilən əlavə vəsaitlərin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək. Çünki Təhsil Nazirliyi son illər müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır”.

“Çünki hal hazırda verilən vəsaitlər tam xərcləri ödəmir”,-deyə Kamran Əsədov əlavə edib.(Modern.az)