Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 12:09:16
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu sentyabrın 21-dən 22-si saat 23:59-dək davam edib.

Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanında nəticəsi olan şəxslər iştirak edib.